Paxlava resepti.

Paxlavanın forması azəri təfəkkürü ilə çox sıx bağlıdır. Azərbaycan xanımları özündən asılı olmayaraq xingalı, kükünü, plovun qazmağını romb şəklində kəsirlər. Xalçalarda romb şəkilli ornamentlər hörürlər, məhz paxlava formalı zinyət əşyaları (sırğa, üzük) xoşlayırlar.
Rombun gizli mənası inkişafla, doğuluşla bağlıdır. Paxlava gizli mənasına görə qadın başlanğıcı, doğuluş ilə bağlıdır. Paxlavanın ortasına qoyulan badam, qoz, fındıq bu oxşarlığı daha da gücləndirir. Digər tərəfdən paxlava oyanmanı, sərt qış yuxusunda yaşamağa açılan gözü ifadə edir.
Bu məlumatı paylaşdığı üçün SweetMoocakes səhifəsinə təşəkkür edirəm.

Lazım olan ərzaqlar:

  • 1.5 kq un
  • 3 yumurta
  • 400 qr kərə yağı
  • 100 qr xama
  • yarım çay qaşığı maya
  • süd

İçlik üçün:

  • 1 kq qoz
  • 1 kq şəkər tozu
  • döyülmüş hil –  yarım çay qaşığı
  • Layları yağlamaq üçün və üzərinə 400 qr ərinmiş yağ.
  • Şərbət üçün: 300 qr bal və yarım stəkan su
  • Üzəri üçün 1 ədəd yumurta və bəzək üçün qoz, fındıq və ya badam ləpəsi

Adətən içlik əvvəlcədən hazırlanır. Qoz sobada  bir az qovrulub qabığı təmizlənir. Sonra ləpə çəkəndə üyüdülür və üzərinə şəkər tozu və döyülmüş hil əlavə olunub qarışdırılır.

Xəmir üçün un, yumurta, xama, maya qarışdırılıb üzərinə yağ az-az əlavə olunub hamısı birlikdə qarışdırılır, sonra süd tədricən əlavə olunaraq xəmir yoğrulur. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır. 1 saat isti yerdə xəmir dinləndrilir.

   

   

Xəmir 12 kündəyə ayrılır, kündələrdən ikisi böyük olmalıdır, ən alt və ən üst qat üçün.

Hər kündəni qabın ölçüsünə uyğun yayırıq.

Tavanı yağlayıb alt qat tavaya qoyulur , üzəri yaxşı yağlanır.

Yağladıqdan sonra içlikdən hər tərəfinə səpilib əl ilə yayılır.

Bütün qatlar eyni qayda ilə hazırlanıb, ən üst qat qoyulduqdan sonra romb şəkilli kəsilir, üzərinə yumurta çəkilir.

Paxlavaların ortasına zövqə görə hər hansı ləpə düzülür. Kənarda 30-40 dəqiqə  saxlanılır.

200 dərəcəli sobada 3-4 dəqiqə bişirilir. Sonra sobadan çıxarıb üzərinə ərinmiş yağ töküb yenidən sobaya qoyuruq və üzəri qızara qədər bişiririk.

Paxlava bişdikdən sonra üzərinə su ilə həll olunmuş bal tökürük və kənara qoyub paxlavaların şərbəti özünə tam çəkməsini gözləyirik.

Paxlava Resepti

Novruz Bayramınız Mübarək!

Paxlava resepti

Paxlava resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...